SMM Panel - Şərtlər və Qaydalar (Terms & Services)
SMM Panel tərəfindən təqdim olunan xidmətlərdən istifadə etməklə siz aşağıdakı şərtləri qəbul etmiş olursunuz. Qeydiyyatdan keçməklə və ya xidmətlərimizdən istifadə etməklə bu qaydaları oxuduğunuzu və tam başa düşdüyünüzü təsdiqləyirsiz. Qaydaları oxumayan istifadəçilərin hər hansı bir itkisinə görə SMM Panel məsuliyyət daşımır.
1. Çatdırılma Siyasəti (Delivery Policy)
Avtomatik Qəbul: SMM Panel-də sifariş yerləşdirməklə, aşağıdakı bütün şərtləri oxuyub-oxumamağınızdan asılı olmayaraq avtomatik qəbul etmiş olursunuz.
Şərtlərin Dəyişdirilməsi: Biz əvvəlcədən xəbərdarlıq etmədən bu xidmət şərtlərini dəyişdirmək hüququnu özümüzdə saxlayırıq. Hər sifarişdən əvvəl yeniliklərlə tanış olmaq üçün şərtləri oxumağınız gözlənilir.
Sosial Media Qaydaları: SMM Panel saytını yalnız YouTube, Instagram, Pinterest və digər sosial media platformalarının fərdi Xidmət Şərtləri razılaşmalarına uyğun şəkildə istifadə edəcəksiniz.
Qiymət Dəyişikliyi: SMM Panel qiymətləri xəbərdarlıq edilmədən istənilən vaxt dəyişdirilə bilər. Qiymət dəyişikliyi zamanı belə şərtlər qüvvəsində qalır.
Çatdırılma Müddəti: SMM Panel sifarişin miqdarından asılı olaraq heç bir xidmət üçün dəqiq çatdırılma vaxtına zəmanət vermir. Təqdim olunan vaxtlar yalnız təxmini müddətdir. Gözləniləndən uzun çəkən emal mərhələsindəki sifarişlərə görə geri ödəniş edilmir.
Xidmət Növünün Dəyişdirilməsi: Sifarişi tamamlamaq üçün zəruri hesab edildikdə, xidmət növünü dəyişdirmək hüququmuz qorunur.
Düşmələr (Drop) və Yeniləmələr: SMM Panel həmişə Xidmət Təsvirlərində qeyd olunan miqdarı təmin edir. Lakin sosial media platformalarında hər hansı bir yeniləmə baş verərsə, "NON DROP" (düşməyən) və ya zəmanətli xidmətlərin də düşmə nisbəti dəyişə bilər və SMM Panel buna görə məsuliyyət daşımır.
2. Məxfilik Siyasəti (Privacy Policy)
Şəxsi məlumatlarınızın necə istifadə olunduğunu əhatə edir. Məxfiliyinizi ciddi qəbul edir və məlumatlarınızın qorunması üçün bütün tədbirləri görürük.
Alınan hər hansı şəxsi məlumat yalnız sifarişinizi yerinə yetirmək üçün istifadə olunacaq. Məlumatlarınız heç kimə satılmayacaq və ya yenidən paylanmayacaq.
Bütün şəxsi məlumatlar şifrələnir və təhlükəsiz serverlərdə saxlanılır.
3. Geri Ödəmə və Balans Siyasəti (Refund Policy)
Balansın Geri Qaytarılması: Ödəniş üsulunuza (bank kartına) heç bir halda geri ödəniş edilmir. Balans artırıldıqdan sonra onu geri çevirmək mümkün deyil. Yüklənmiş balans yalnız SMM Panel-dəki sifarişlər üçün istifadə edilməlidir.
Mübahisələr (Dispute/Chargeback): Ödəniş etdikdən sonra heç bir səbəbdən bizə qarşı mübahisə və ya ödənişin geri qaytarılmasını (chargeback) tələb etməyəcəyinizlə razılaşırsınız. Əks təqdirdə, bütün gələcək sifarişləriniz ləğv ediləcək, saytdan bloklanacaqsınız və çatdırılmış izləyici/bəyənmələr silinə bilər.
Ləğvetmə: Sifarişlər yerləşdirildikdən sonra ləğv edilə və ya geri qaytarıla bilməz. İcra olunmayan/yerinə yetirilməyən sifarişlər üçün məbləğ birbaşa SMM Panel hesabınıza geri qaytarılacaq (refund credit).
Yanlış Sifarişlər: Yanlış linklər, səhv daxil edilmiş məlumatlar, məxfi (private) hesablar və ya silinmiş səhifələr geri ödənişə və ya zəmanətə aid edilmir. Sifariş verməzdən əvvəl məlumatları dəqiq yoxlayın.
Dələduzluq: Icazəsiz və ya oğurlanmış kredit kartlarından istifadə kimi dəlyduzluq fəaliyyətləri hesabınızın dərhal bağlanmasına səbəb olacaqdır. Heç bir istisna yoxdur.
4. Vacib Qaydalar və Xəbərdarlıqlar (Important Rules)
Eyni Səhifəyə Birdən Çox Sifariş: Birinci sifariş tamamlana qədər eyni link üçün eyni vaxtda birdən çox sifariş verməyin. Bu halda izləyici/bəyənmə sayı düzgün hesablanmır və bu sifarişlərə görə geri ödəniş edilmir.
Profil Statusu: Sifariş verməzdən əvvəl abunəçi, bəyənmə və baxış sayğacınızın gizli olmadığını və hesabınızın ictimai (public) olduğundan əmin olun.
Qadağan olunmuş məzmunlar: Pornoqrafiya, siyasət, ekstremizm və ictimai rəyi qızışdıran hər hansı məzmunlu hesablara sifariş vermək qəti qadağandır.
İnstagram Spam Bildirişləri: İnstagram-da spam hesabların silinməsi ilə bağlı gələn potensial spam bildirişlərinə klikləməyin və toxunmayın. Əgər bu bildirişlərə klikləsəniz və izləyici düşüşü yaşanarsa, bu bizim məsuliyyətimiz deyil və bu cür hallarda yenidən doldurma (refill) tələb edilə bilməz. Müştərilərinizi də bu barədə məlumatlandırın.
Köhnə Hesablar və Refill: Əgər səhifənizin sifarişdən əvvəl artıq 100k+ izləyicisi/bəyənməsi və s. varırsa, izləyiciləri haradan itirdiyinizi təyin etmək mümkün olmadığı üçün refill (yenidən doldurma) qorunması şamil edilməyəcək.
5. Təhlükəsizlik, Təcrübə və Dəstək
Etibarlılıq: Platformamız uzun illərdir fəaliyyət göstərir. Sizin etibarınız bizim üçün vacibdir və ağlabatan olan bütün məsələlərdə problemləriniz operativ şəkildə həll olunacaq. Pulunuz 100% təhlükəsizdir.
Ödəniş Problemləri: Hər hansı ödəniş probleminiz olarsa, narahat olmayın — birbaşa WhatsApp vasitəsilə bizimlə əlaqə saxlayın. Pulunuz tam təhlükəsizdir.
Əlaqə Kanalları: Ən son yeniliklərdən xəbərdar olmaq və sürətli dəstək almaq üçün rəsmi əlaqə vasitələrimizdən istifadə edin:
WhatsApp Dəstək: +994 (70) 900-67-77
Instagram: @paneltakibciaz (500K)